AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun I turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Kəpəz"lə qarşılaşmanın 77-ci dəqiqəsində "Ağsu"nun futbolçusu Qalib Əmrahov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərqə aldığından 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə edilib.
"Şahdağ"la matçın 69-cu dəqiqəsində "Şuşa"nın futbolçusu Elçin Qasımov qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərqə aldığından 3 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub.
"Şəmkir"lə görüşün 24-cü dəqiqəsində "Mil-Muğan"ın futbolçusu Samir Babayev əllə oyuna görə ikinci sarı vərəqəni alıb. Futbolçu 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimələnib.
"Araz" və "Bakılı" 4, MOİK isə 6 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimlənib.
Fanat.az