Arda Turan karyerasını "Barselona"da davam etdirəcək. Fanat.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Ahmet Bulut məlumat verib.
Son günlər "Barselona"nın Ardanı satacağı ilə bağlı məlumatlar yayılır. Amma "The Guardian"a danışan menecer xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib: "Arda ilə digər klubların maraqlanması normal haldı. Amma o, "Barselona"da xoşbəxtdi və ayrılmayacaq".
Fanat.az