Samuel Etonun Türkiyədə keçirəcəyi yardım matçı təxirə salınıb. Fanat.az xəbər verir ki, buna səbəb qardaş ölkədəki hərbi çevriliş cəhdi olub.
Bu arada "Barselona" klubu Türkiyədə olan hazırkı və keçmiş futbolçuları ilə bağlı açıqlama yayıb. Klubun açıqlamasında bildirilir ki, Etonun yardım matçında iştirak etməli olan Lionel Messi və Andres İnyesta Türkiyəyə gəlməyib:
"Barselona"nın keçmiş futbolçusu Samuel Eto tərəfindən düzənlənən yoldaşlıq matçının heyətində yer alan Lionel Messi və Andres İnyesta İspaniyadadır. Oyunçumuz Arda Turan, keçmiş futbolçularımız - Karles Puyol, Deko və Erik Abidal isə Türkiyədədir. Onların olayların baş verdiyi bölgədən uzaqda və təhlükəsiz şəraitdədilər".
Matç üçün Türkiyəyə gələn başqa bir dünya ulduzu Eden Hazardın durumu ilə bağlı "Çelsi" hələlik heç bir açıqlama verməyib.
Fanat.az