Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar Antalyada futbol ulduzlarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan xeyriyyə oyunu təxirə salınıb.
Qol.az-ın xəbərinə görə, bu matç “Antalyaspor”un futbolçusu Samuel Eto’onun təşəbbüsü və təşkilatçılığı ilə keçirilməli idi. Lakin təhlükəsizliyə görə matçın başqa vaxtda oynanılmasına qərar verilib. Bu matçda “Barselona”nın bir necə hazırkı və sabiq futbolçusunun da iştirakı nəzərdə tutulurdu.
Məsələ ilə əlaqədar klubun rəsmi Tvitter səhifəsi açıqlama yayıb. Açıqlamada bildirilir ki, “Barselona”nın sabiq futbolçusu Samuel Eto’ tərəfindən təşkil edilən matçın heyətində yer alan Lionel Messi və Andres İnyesta hazırda İspaniyadadırlar: “Oyunçumuz Arda Turan, eks futbolçularımız Karles Puyol, Deko, Erik Abidal isə Türkiyədə, hadisələrin yaşandığı bölgəldən daha uzaq bir yerdədilər və təhlükəsizlikləri üçün problem yoxdur. Onlar klubumuzla daim əlaqə saxlayırlar”.
Fanat.Az