"Arsenal" "Barselona"nın satmaq istədiyi Arda Turan üçün təklif göndərib. Fanat.az xəbər verir ki, bu barədə "Talk Sport" məlumat yayıb.
Sayt iddia edib ki, "Arsenal" "Barselona"ya rəsmi təkliflə müraciət edib. London klubunun qarşı tərəfə 25 milyon avro təklif etdiyi deyilir.
Qeyd edək ki, Arda Turan "Barselona"ya keçəndən sonra verdiyi açıqlamada "Barselona"ya transfer olmasaydım, oyun stilimə uyğun olan "Arsenal"a gedə bilərdim" demişdi.
Fanat.az