Topaz Premyer Liqasının II turunun oyun cədvəli açıqlanıb. Fanat.Az xəbər verir ki, turun görüşləri 4 gün davam edəcək.
Avqustun 11-də start götürəcək tura ayın 14-də yekun vurulacaq. İlk iki oyun günündə Avropa Liqasında mübarizə aparan “Qarabağ” və “Qəbələ”nin qarşılaşmaları baş tutacaq.
Premyer Liqa
II tur
11 avqust
19.00 Sumqayıt - Qarabağ
“Kapital Bank Arena”.
12 avqust
18.30 Qəbələ - İnter
“Dalğa Arena”.
13 avqust
17.00 Kəpəz - AZAL
Gəncə şəhər stadionu.
14 avqust
21.00 Neftçi - Zirə
"Bakcell Arena".
Fanat.Az