“Qəbələ”nin Avropa Liqasının "pley-off" mərhələsində “Maribor”la Bakıda keçirəcəyi oyunun yeri dəyişdirilib.
Fanat.Az xəbər verir ki, oyun əvvələcədən nəzərdə tutulduğu kimi "Bakcell Arena"da keçirilməyəcək. Buna səbəb həmin stadionun ot örtüyünün yarasız vəziyyətdə olmasıdır.
Qarşılaşma böyük ehtimalla “Dalğa Arena”d keçiriləcək.
Qeyd edək ki, avqustun 18-də keçiriləcək “Qəbələ” - “Maribor” oyunu saat 21.00-da başlayacaq.
Fanat.Az