Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində Sloveniya “Maribor”u ilə qarşılaşacaq “Qəbələ”nin oyununa bilet satışı bu gündən başlayacaq.
Fanat.Az xəbər verir ki, matçı izləmək istəyənlər biletləri saat 15.00-dan etibarən Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarından əldə edə bilərlər.
Qiymətlər isə əvvəlki kimi 1, 2 və 10 manatdı. Bundan başqa, bu oyunu izləmək üçün Qəbələdən Bakıya gələcək azarkeşlər də biletlərlə təmin olunacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 18-də "Dalğa Arena"da keçiriləcək və saat 21.00-da start götürəcək.
Fanat.Az