01:02 22.08.2016 542

"Mən bilirəm ki, Yılmazın kökü Azəbaycana bağlıdı" - Prosineçki

Premyer Liqada III turun "Qarabağ" - "Neftçi" oyununu "Əlincə Arena"da izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineşki də olub.  Xorvatiyalı mütəxəssis keçirdiyi brifiqində "Report"un da əməkdaşnın sulllarını cavablandırıb.


- Nümayiş etdirilən oyundan razı qaldınızmı?

- Üstünlük "Qarabağ”da idi. Komanda rəqibi 3:0 məğlub edəndə, sözsüz ki, yaxşı oynayır, topa yaxşı nəzarət edir. ”Neftçi”dən narazı qaldım. Gözlədiyim oyunu görmədim.


- "Neftçi”nin ildən-ilə zəiflədiyini və "Qarabağ”ın bu mövsüm həm çempionatda, həm də avrokubklarda qeyri-sabit çıxış etməsi fikri ilə razısınızmı?

- Təəssüf ki, "Neftçi” bacardığı oyunu göstərmir. Biz oyun gözləyirik, ancaq görmürük. "Qarabağ" "Viktoriya"ya qarşı hər 2 matçda yaxşı oynadı. Məncə, çexlərə nəzərən, mərhələ keçməyə daha layiq idi. Ancaq təəssüf ki, Çempionlar Liqasında "play-off"a çıxa bilmədi. "Qarabağ” İsveçdə də yaxşı oynadı. Məncə, bu komanda Avropa Liqasında qrupa vəsiqə qazana bilər. "Qarabağ” Azərbaycanın ən güclü klubu olduğunu ildən-ilə göstərir. "Qəbələ” də yaxşı oyun göstərir. Yeni legionerlər alıblar, yaxşı səviyyəyə malikdirlər. "Maribor"la matçda stadionda idim, "Qəbələ"dən yaxşı oyun gördüm.


- Bu yay milli komanda klublarla müqayisədə daha çox yeni futbolçular transfer edib. Emin Mahmudov, Ramil Şeydayev, Dəniz Yılmaz. Bu siyasəti necə izah edərdiniz?

- Şeydayevin 20 yaşı var. Rusiyanın bütün aşağı yaş qruplarında oynayıb. Yaxşı futbolçudur, "Trabzonspor"a keçib. Yəqin mənimlə razı olarsınız ki, bu, Türkyənin ən güclü klublarından biridir. Məncə, Ramil Azərbaycan futboluna gələcəkdə kömək edə bilər. Üstəlik, azərbaycanlıdır.


- Sual ondan ibarətdir ki, yığma klub siyasəti ilə idarə olunur...

- Mən sualı başa düşmürəm. Yaxşı futbolçu olanda, onu niyə milliyə götürməyək ki? Bunu niyə etməsin? Milli ilə klub siyasətini bir qoymaq olmaz. Milli üçün maraqlı ola bilən azərbaycanlı futbolçuları cəlb edirik.


- Məgər Dəniz Yılmaz da azərbaycanlıdır?

- Onu AFFA 3 ildir milli komandaya cəlb etmək istəyir. Dənizin söhbəti indiki deyil. Həmin vaxt futbolçu istəməmişdi, indi razılıq verib. Mən bilirəm ki, Yılmazın kökü Azəbaycana bağlıdı. Onda niyə də çağırmayaq?


- Onları San Marino ilə oyunlarda görə biləcəyik?

- Sözsüz ki, onları canlı görməliyəm ki, qiymət verə bilim. Bəli, təlim-məşq toplanışına dəvət edəcəyəm. Oyunqabağı 13 günlük toplanışda baxıb fikrimi bildirəcəyəm.


- Onların gəlişi bir neçə futbolçunun ixtisara düşməsi deməkdir. Artıq ixtisara düşənlərin kim olduğunu müəyyənləşdirmisiniz?

- Sabah siyahını açıqlayacağam və hər şeyi görəcəksiniz.


- İlk rəsmi matçdan nə gözləyirsiniz?

- Sözsüz ki, məqsəd San-Marinoya qələbə dalınca gedib Bakıya 3 xalla qayıtmaqdır. Mən komandaya inanıram ki, yaxşı oyun göstərib yaxşı nəticə ilə dönəcəyik.


- "Əlincə Arena” haqda fikriniz necədir? Milli komandamızın hər hansı oyununun bura salmaq fikriniz varmı?

- Stadion xoşuma gəlir, meydança yaxşıdır. Mən tez-tez bu stadiona gəlirəm. Milli komandanın gələcəkdə burada oynayıb-oynamayacağını AFFA-dan soruşmağınız lazımdır. Bakı Olimpiya Stadionu, onun meydanı da yaxşıdır. Ancaq oyunumuzun stadionlardan hansında olacağını bilmirəm.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X