Sloveniya çempionatında IV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ"nin rəqibi olan "Maribor" doğma meydanda "Aluminij"lə qarşılaşıb.
Oyun "Qəbələ"nin rəqibinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
"Qəbələ" ilə "Maribor" arasındakı cavab oyunu avqustun 25-də Sloveniyada keçiriləcək. Bakıdakı ilk görüşdə təmsilçimiz 3:1 hesabıyla qalib gəlmişdi.
Fanat.Az