“Maribor”u tam təhlil etdikdən sonra Bakıdakı ilk qarşılaşmada gözlədiyimiz komanda gördük. Rəqib çox ciddi, təcrübəli, yaxşı təşkilatlanmış, sadə dillə desək, futbol oynamağı bacaran komandadı". Fanat.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Maribor”la matçdan öncə Sloveniyada mətbuat konfransı keçirib. Qriqorçuk rəqiblə bağlı fikirlərini bildirib: "Belə ehtimal edirəm ki, Sloveniya klubu öz meydanında daha güclü oynayacaq. Çünki onların güclü azarkeş dəstəyi olacaq. Bu, onlar üçün əlavə müsbət məqamdı".
Baş məşqçi müdafiə futboıu oynamayacaqlarını deyib: "Bizim futbola yanaşmada, fəlsəfəmizdə müdafiə oyunu, öz qapısına qapanma yoxdu. Biz müdafiə olunmuruq. Sabah da buna sadiq qalacaq, hücum edəcəyik. Bilirik ki, rəqibin də ciddi hədəfləri var. Bu da o deməkdi ki, sabah meydanda maraqlı futbol izləniləcək. Son turda oynamamağımızı üstünlük saymıram. Çünki “Maribor”da demək olar ikinci heyətlə meydana çıxıb. Bəzi futbolçular isə 45 dəqiqə oynayıblar. Rəqib üçün bunu problem saymıram".
"Gördüyümüz hər işin, nümayiş etdirmək istədiyimiz futbolun nəticə verdiyinə əminəm. Sabahkı oyuna və hazırlığına yanaşmamızın düzgünlüyünə də inanıram. Bu üzdən də güclü qalib gəlsin" deyə Qriqorçuk bildirib.
Meydanın vəziyyəti ilə bağlı suala cavab vern ukraynalı Rəşad Sadiqovun durumunun qeyri-müəyyən olduğunu deyib: "Meydanı görmədiyimdən onun durumu haqda heç nə deyə bilmərəm. Əgər ot örtüyü yaxşı deyilsə, hər iki komanda eyni durumda olacaq. Çünki “Maribor” kimi kombinasiyalı futbol oynayan komandaya da yaxşı meydan lazımdı. Oyun zamanı müşahidə olunacaq hava şəraiti də hər iki tərəf üçün eyni olacaq. Rəşad Sadiqovun oynayıb-oynamayacağını özü ilə müzakirə edib, qərar qəbul edəcəyik. Rəqibimizin cari mövsümdə çempionatda qalib gəlməməsinin sabahkı görüşə təsiri yoxdu. Bu matç hər iki klub üçün çox vacibdi. “Maribor”un futbolçuları da bu görüşə motivasiya olunub. Biz qrup mərhələsinə vəsiqə qazanmağa köklənmişik. Əgər hər iki Azərbaycan klubu bunu bacarsa, ölkə futbolu üçün əla olacaq”.
Fanat.Az