23:02 25.08.2016 564

Qurban Qurbanovdan zəfər şərhi

“Futbolçularımı təbrik etmək istəyirəm. Qələbə üçün əllərindən gələni etdilər”. Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Göteborq”u qəbul edib. İlk görüşdə İsveçdə minimal hesabla (0:1) məğlub olan “köhlən atlar” Tofiq Bəhramov adına Respublika stadionunda bunun əvəzini artıqlaması ilə (3:0) çıxaraq, qrup mərhələsinə vəsiqə qazanıb.
 
Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Möhtəşəm azarkeşlərimizi, rəhbərliyi və sizi təbrik edirəm. Çətin turnir oldu. Çempionlar Liqasındakı məğlubiyyət bizə təsir etdi. Amma tez bir zamanda hamı başa düşdü ki, bu, futboldu, belə hallar olur. Futbolçuların yüksək motivasiyası bu gün bizə qələbə qazandırdı. Ardıcıl 3-cü ildi qrupa düşdüyümüz üçün sevinirəm. Həmçinin “Qəbələ”yə də uğurlar arzu edirəm".

- Dünənki mətbuat konfransından sonra korner yadınıza düşdü, yoxsa əvvəldən planda var idi?
- Bir az başqa cür etdik. O zona boş qalırdı. Rəşad da bundan istifadə etməyi bacardı.
 
- “Qarabağ” qrup mərhələsini də adlaya bilərmi?
- Hələ püşkatmaya baxacağıq. İki il ardıcıl şansımız oldu. Bu gün şadam ki, minimum vəzifəni yerinə yetirdik. Ola bilsin ki, qrupda bu dəfə daha rahat oynadıq. Çünki futbolçular daha təcrübəlidilər. Müəyyən səviyyəyə gəlib çatmışıq. İlk növbədə bunu qorumağa çalışacağıq. İnşallah, qrupdan da çıxarıq.
 
- Rəqibin baş məşqçisi dedi ki, “Mançester Yunayted”lə düşsəniz, onları parçalamağınızı arzu edirəm...
- Bizim öz arzularımız var. Çalışırıq işimizdə düzgün, səbrli olaq. Kimlərinsə arzularını yerinə yetirmək üçün çalışmırıq. İşimizin dəyərini bilməyi düşünürük. Belə olsa, nəticə özü gələcək.
 
- Bu oyunda rəqibin müdafiəsində boşluqlar yarandı. Bunu nə ilə əlaqələndirmək olar?
- Çünki rəqibi artıq daha yaxşı tanıyırdıq. Həm də öz meydanımızda çıxış edirdik. Rəqib də öndə idi, müdafiəyə daha çox diqqət ayırmışdılar. Bu da işimizə yaradı. Pressinq etsəydilər, bizə çətin olardı. İstədilər ki, İsveçdəki oyunu təkrarlasınlar. Amma bizim də başqa yolumuz yox idi.
 
- Meydançanın durumu bərbad idi. Olmaz ki, növbəti görüşü Olimpiya stadionunda keçirəsiniz?
- Mən də oyunun gedişində narahat idim ki, hansısa futbolçu zədə ala bilər. Şükür ki, hamısı sağlam oldu. Hələ bir qərar verə bilmərik. UEFA da yəqin ki, öz etirazını bildirəcək. Hətta oyundan sonra UEFA nümayəndəsi bunu qeyd etdi. Fikirləşirik ki, qrupda ilk oyunu səfərdə keçirsək yaxşı olar ki, vaxt udaq. Bu stadiona öyrəşmişik.
 
- Oyunun gedişində düşünmədiniz ki, biz bu rəqibə səfərdə niyə uduzmuşuq?
- Xeyr, belə düşünədim. Həmin görüşdə uduzmasaydıq, bəlkə də, daha rahat çıxardıq və belə çıxış etməzdik. Burda üstünlük bizim tərəfimizdə idi. Azarkeş dəstəyi də bizə əlavə motivasiya verirdi. Meydanın durumu yaxşı olmasa da, uşaqlar çalışdılar nəticə versinlər. Səfərdəki matçdan fərqli bir neçə hesablanmış hücum qurduq. Künc zərbələri belə, istədiyimiz kimi alındı.(apasport.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X