Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qəbələ"nin səfər oyunlarının başlama saatı və yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Anderlext" və "Maynts 05"lə oyunlar Bakı vaxtı ilə saat 21.00-da, "Sent-Etyen"lə qarşılaşma 23.05-də başlayacaq.
Qeyd edək ki, "Qəbələ"nin ev oyunlarının başlama vaxtı avqustun 31-dən sonra müəyyənləşəcək.
I tur
15 sentyabr
21.00 Anderlext (Belçika) - Qəbələ (Azərbaycan)
Brüssel. Konstant Vanden Stok stadionu.
III tur
20 oktyabr
23.05 Sent-Etyen (Fransa) - Qəbələ (Azərbaycan)
Kristof Qaltye stadionu.
VI tur
8 dekabr
21.00 Maynts 05 (Almaniya) - Qəbələ (Azərbaycan)
Maynts. "Coface Arena".
Fanat.Az