Azərbaycan Premyer Linasında çıxış edən iki futbolçu yığma komandaya dəvət alıb. Fanat.Az xəbər verir ki, "Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə dəvət alıb.
Maraqlısı burasındadı ki, "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində ilk oyunda məhz Bosniya və Herseqovina ilə Estoniya yığmaları üz-üzə gələcəklər. Sentyabrın 6-da Zenitsa şəhərində baş tutacaq qarşılaşmada Azərbaycan çempionatının iştirakçıları üz-üzə gələ bilərlər.
Qeyd edək ki, Estoniya millisi bundan öncə avqustun 31-də yoldaşlıq görüşü çərçivəsində Malta ilə qarşılaşacaq.
Fanat.Az