Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) - “Qəbələ” matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib. Fanat.Az xəbər verir ki, səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb.
Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub. Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdi ki, Uiks qrup mərhələsinin ilk iki turunda - sentyabrın 15-də “Anderlext”lə (Belçika) səfər, 29-da “Maynts 05”lə (Almaniya) ev matçlarında cəza üzündən komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Teo Uiks "Qəbələ"nin heyətində Avropa Liqasında keçirdiyi 8 oyunda 5 qol vurub.
Fanat.Az