"Qəbələ" klubunun futbolçusu Sergey Zenyov Estoniya millisinin Malta ilə yoxlama oyununda iştirak edib. Fanat.Az xəbər verir ki, görüş 1:1 hesabı ilə bitib.
Estoniya millisinin qoluna Zenyov imza atıb. O, görüşün 57-ci dəqiqəsində hesabı açıb. Lakin üzərindən 2 dəqiqə keçdikdən sonra Maltanın futbolçusu Alfred Effionq hesabı bərabərləşdirib. Görüş bu hesabla da yekunlaşıb.
Zenyov start heyətində yer alıb və sonadək meydanda olub.
Fanat.Az