Azərbaycan yığmasının "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində San Marino ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb. Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı belçikalı hakimlər briqadasını tapşırıb.
Matçın baş hakimi Sebastyen Delferyer olacaq. Ona köməkçiləri Yves de Neve və Co de Veyrdt yardım edəcək. Dörüncü hakim funksiyasını Aleksandru Bukau yerinə yetirəcək.
Hakimlərin işinə makedoniyalı hakim-inspektor Emil Bojinovski qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isveçrəli Luka Zorzi olacaq.
Sebastyen Delferyer Azərbaycan futbolsevərləri üçün tanış hakimdi. Belə ki, 35 yaşlı referi “Qəbələ”nin ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə səfər qarşılaşmasını idarə edib. Həmçin matçda almanlar 4:0 hesablı qələbə qazanıb. Belçikalı hakim həmin vaxt "Qəbələ"nin oyunçularından Vitali Vernidub, Derlis Meza Kolli, Elvin Camalov və Samir Zərgərova sarı vərəqə göstərib.
Qeyd edək ki, San Marino - Azərbaycan oyunu sentyabrın 4-də Serravalle şəhərindəki 6664 nəfərlik tutuma malik milli stadionda keçiriləcək.
Fanat.Az