Premyer Liqada V tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 2 matç baş tutub.
Günün ilk oyununda uzun müddət aradan sonra yenidən doğma meydanda azarkeşləri ilə görüşən “Qəbələ” AZAL-ı sınağa çəkib. “Qırmızı-qaralar” “Anderlext”lə çətin səfər matçından yorğun dönməsinə baxmayaraq, cütün aşkar favoriti hesab olunurdu. Bu mövsüm ilk dəfə yerli azarkeşlər qarşısında çıxış edən komanda onları qələbəyə sevindirib - 3:0. "Qəbələ"nin heyəğində Ruslan Qurbanov dubl edib, Filip Ozobiç bir qol vurub.
Turun son matçında isə “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Stadion problemini həll edə bilməyən ağdamlılar bu dəfə də Masazırda meydana çıxıb. Ötən tur olduğu kimi, bu görüşdə də “Əlincə Arena”ya sığınan nominal meydan sahibləri matçın favoriti hesab olunurdu. "Zirə" sürpriz edə və "Qarabağ"ın 2:0 hesablı qələbəsinə mane ola bilməyib. Hər iki qola Rahid Əmirquliyev imza atıb.
Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "İnter" "Neftçi"ni 2:1 hesabı ilə yenib, "Sumqayıt" - "Kəpəz" matçında qalib müəyyənləşməyib - 1:1.
Premyer Liqa
2016/17 mövsümü
I dövrə, V tur
19 sentyabr
Qəbələ - AZAL 3:0
Qollar: Filip Ozobiç, 31. Ruslan Qurbanov, 55; 65.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 13. Murad Musayev, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.
AZAL: 1. Rəşad Əzizli, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 7. Kamal Mirzəyev, 11. Ruslan Nəsirli, 14. İlqar Ələkbərov, 9. Röyal Nəcəfov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 77. Adan Koronado.
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 95. Şirməmməd Məmmədov, 19. Elnur Süleymanov, 77. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 21. David Canelidze, 10. Nuqzar Kvirtiya.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu.
Qarabağ - Zirə 1:0
Qol: Rahid Əmirquliyev, 20.
Qarabağ: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda 21. Arif Daşdəmirov, 22.Əfran İsmayılov, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5.Maksim Medvedev, 6.Dino Ndlovu, 8. Miçel, 17. Namik Ələsgərov, 18. İlqar Qurbanov, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 1. Anar Nəzirov, 19. Nurlan Novruzov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 7. Gerhard Proqni, 21. Murad Səttarlı.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 99. Yasin Həmid.
Baş məşqçi: Adil Şükürov.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
“Əlincə Arena”.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 5 | 4 | 0 | 1 | 14:2 | 12 |
2 | İnter | 5 | 3 | 2 | 0 | 8:5 | 11 |
3 | Qəbələ | 4 | 3 | 1 | 0 | 13:0 | 10 |
4 | Kəpəz | 5 | 1 | 3 | 1 | 5:5 | 6 |
5 | Zirə | 5 | 2 | 0 | 3 | 4:6 | 6 |
6 | Sumqayıt | 4 | 1 | 1 | 2 | 3:5 | 4 |
7 | Neftçi | 5 | 1 | 0 | 4 | 3:14 | 3 |
8 | AZAL | 5 | 0 | 1 | 4 | 1:14 | 1 |
Bombardirlər | Baqali Dabo (Qəbələ) - 4. Ruslan Abışov (İnter), Reynaldo Silva (Qarabağ), Vaqif Cavadov (Sumqayıt), Ruslan Qurbanov (Qəbələ) - 3. |
Fanat.Az