Gürcüstan millisinin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Vladimir Vayss Uels və İrlandiya ilə oyunlarda güvənəcəyi futbolçuların siyahısını elan edib.
Bu dəfə Gürcüstan millisinə Azərbaycan çempionatından futbolçu çağrılmayıb. Son olaraq qonşu ölkə yığmasına "Qəbələ"nin üzvü Nika Kvekveskiri dəvət alırdı. Gürcü futbolçu zədəsini hətə tam sağaltmadığından heyətdən kənarda qalıb.
Qeyd edək ki, Gürcüstan millisi "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Uels, 9-da İrlandiya ilə qarşılaşacaq.
Fanat.Az