“Neftçi” yeni transfer həyata keçirib. Fanat.Az xəbər verir ki, ampluaca yarımmüdafiəçi olan Tərzin Cahangirovun adı klubun iştirak ərizəsinə daxil edilib.
Azad agent qismində cəlb edilən 24 yaşlı futbolçu ən azı mövsümün sonunadək bu komandanın şərəfini qoruyacaq. “Neftçi”də 23 nömrəli formanı geyinəcək Tərzin Cahangirov “Qəbələ”, “Sumqayıt” və “Zirə” klublarında çıxış edib.
Qeyd edək ki, qaydalara görə, "transfer pəncərəsi" bağlansa da, hər klubun 1 dəfə "azad agent" adlanan sərbəst futbolçu heyətə qatmaq ixtiyarı var.
Fanat.Az