AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın III turundan təxirə salınmış 1, həmçinin VI turun baş tutmuş oyunları və əvəzedici heyətlərin ölkə birinciliyinin VI turunda qeyd alınan qayda pozuntularına hüquqi qiymət verib.
III turdan təxirə salınmış "Qəbələ" - "Sumqayıt" matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırılıb. AFFA ona 1 oyun cəza verib, klub 800 manat cərimələnib.
Premyer Liqanın VI turunun AZAL - “İnter” matçında Peşəkar Futbol Liqasının himni səsləndirilməyib və stadionun tablosu işlək vəziyyətdə olmayıb. Buna görə AZAL-a xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.
Əvəzedici heyətlərin çempionatında baş tutan AZAL - "İnter" oyununun 83-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Məmmədov Şirməhəmməd rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. AFFA onu 3 oyunluq cəzalandırıb, klub 800 manat cərimə olunub.
"İnter" AZAL, "Sumqayıt" "Neftçi", "Qəbələ" "Zirə" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 400 manat cərimələnib.
Fanat.Az