14:10 27.09.2016 933

Ramil Diniyev müəmması - arı pətəyinə kim çomaq soxur?

Bu gün keçiriləcək “Neftçi” – “Sumqayıt” matçı ilə Premyer Liqanın VI turuna yekun vurulacaq. Fanat.Az xəbər verir ki, Masazırda baş tutacaq duellə bağlı diqqət çəkən məqamlardan biri də oyunun baş hakimi ilə bağlıdır.


AFFA Hakimlər Komitəsi matçı Ramil Diniyevə həvalə edib ki, bu da növbəti qalmaq ehtimalından xəbər verir. Hər halda, hər iki komanda üçün mövcud həssas durumu nəzərə alaraq, oyunu başqa bir referiyə tapşırmaq daha məntiqli olardı.


Diniyevi başa düşdük, adam qalmaqallarla ad çıxardıb. “YouTube”də axtarış bölməsində onun ad və soyadını yazmaq kifayətdir ki, Ramil bəyin “qabiliyyətinə” bələd olasan. “Rəvan” – “Xəzər Lənkəran” oyununda hakimin biabırçı səhvi”,  “2011-ci il. Ramil Diniyevin qərarlarına görə “İnter” oyunu dayandırır”, “Polislər Ramil Diniyevi azarkeşlərin əlindən güclə aldılar”, “Ramil Diniyev bizi boğaza yığıb” və s. başlıqlı videolardan da görünür ki, Diniyevin heç kimdən qorxub-çəkinəcəyi yoxdur. Çünki hər hoqqasından sonra cəzalanmayacağını, əksinə, növbəti turda da təyinat alacağını bilir. 


Necə ki, məsələn, ötən mövsümün sonuncu turunda “Rəvan” – “Xəzər Lənkəran” matçında qonaq komandanın qapısına təyin etdiyi analoqu olmayan penalti ilə tarixə düşmüş, buna rəğmən, yeni mövsümün açılış turunda AZAL - “Neftçi” duelinə əlavə köməkçi hakim qismində təyinat almışdı. Üstəlik, həmin qarşılaşmada da meydan sahiblərinin qapı xəttini keçən topunu qol olaraq qeydə almamış, əvəzində növbəti tur “Neftçi” – “Zirə” görüşünün referisi olmaqla mükafatlandırılmışdı.


Ona görə də sual yaranır: niyə məhz Diniyev? Əgər bu təyinat “Neftçi”yə dəstək xarakterlidirsə, uyğun zamana təsadüf etməyib. Çünki 5 gün öncə baş tutan “Qəbələ” – “Sumqayıt” (2:0) matçından sonra qonaq komandanın rəsmiləri hakimliklə bağlı sərt şəkildə narazılıqlarını bildirdilər. Oyunun görüntülərini izlədikdən sonra sumqayıtlıların etirazlarının haqlı olduğu, meydan sahiblərinin ilk qolu oyundan kənar vəziyyətdə vurduqları üzə çıxdı.


Belə bir vəziyyətdə Ramil bəyi “Neftçi” - “Sumqayıt” matçına göndərmək arı pətəyinə çomaq soxmağa bənzəyir. Bu matçda qonaqlar hakimlərin hər hansısa haqsız qərarı ilə üzləşsələr, ciddi qalmaqalın baş verəcəyinə indidən təminat verə bilərik...


Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı saat 19:00-da başlayacaq. Görüş “Əlincə Arena”da keçiriləcək.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X