Topaz Premyer Liqasının 7-ci turunda “Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Paytaxt klubunun üstünlüyü ilə keçən oyunda qapılara qol vurulmayıb - 0:0.
Oyundan sonra "ağ-qaraların" məşqçisi Tərlan Əhmədov bunları bildirib: “Bu cür komandalarla oyunlar həmişə çətin olur. “Sumqayıt” əsasən müdafiədə oynadı, qapandı. Qol epizodlarından istifadə etmədikcə futbolçularda əsəb yaranırdı. Qarşıdakı oyunlarda itirdiyimiz xalların əvəzini qaytaracağımıza inanıram. Hər hansı futbolçu intizamı pozursa, cəzasını alacaq. Komandanın özünə inamını bərpa etmək lazımdı”.