11:18 28.09.2016 671

Vaqif Cavadov sosial şəbəkələrdə onunla zarafat edənlərdən danışdı - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Vaqif Cavadov "Əlincə Arena"da baş tutan "Neftçi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablayıb. 


Fanat.Az xəbər verir ki, təcrübəli hücumçu milliyə mümküni dönüşündən, sosial şəbəkələrdə azarkeşlərin onunla zarafat etməsindən, əmisinin ad günündə danışıb.


- İlk qələbənizi qazandınız. Oyun necə alındı?


- Çox maraqlı oyun oldu. Hər iki komanda turnir cədvəlində istənilən yerdə olmadığından, qalib gəlmək istəyirdi. Amma bizdə istək daha çox olduğu üçün qələbə qazandıq. Yalnız öz komandam barədə danışa bilərəm ki, çox çalışdıq, vuruşduq, bir olduq və qalib gəldik. Rəqib haqda danışmaq istəmirəm. Sadəcə, uğurlar arzulayıram. 


- Robert Prosineçki də oyunu izləyirdi. Bu, sənə əlavə stimul verirdi?


- Mənə stimulu ailəm, komandam və özüm verirəm. Çünki meydana çıxanda həmişə vuruşmuşam ki, komandam yaxşı oyun sərgiləyərək, qalib gəlsin. Həmçinin bu oyunda. 


- Prosineçkidən yeni dəvət gözləyirsən?


- Belə suallar çox verilir. Həmişə can-başla millidə oynamışam. Neçə illər ərzində yığmanın şərəfini qorumuşam. Lazım olsa, yenə can-başla gəlib yığmada oynayaram.


- "Neftçi"nin hazırkı durumu qələbənizdə rol oynadı?


- Deməzdim rol oynadı. "Neftçi" hər zaman "Neftçi"dir. Sadəcə, "Sumqayıt" bu gün güclü idi. Bunu da sübut etdi. 


- Bəs "Qəbələ" ilə əvvəlki oyunda xalsız qalmağınızda hakimlərin rolu nə qədər oldu?


- Hakimlərdən çox danışırıq. Yenə də nəsə deməyimiz boş-boş söhbətlər olacaq. 3 xalımızı qaytaran olmayacaq. Sadəcə, həm "Qəbələ", həm də "Neftçi"yə uğurlar arzulayıram. Əlbəttə, hər məğlubiyyət komandaya təsir edir. Uşaqlar yaxşı oynadı və nəticə göz qabağındadı. Bəzi futbolçularımız gəncdi. Amma həm təcrübəli həm də gənc futbolçu olsun, oynamasa formasını bərpa etmək çətin olur. Gənclərin bir müsbət cəhəti var ki, meydanda canlarını qoyurlar.


- Sabah İsgəndər Cavadovun 60 illik yubileyi qeyd olunacaq. Əminə nə hədiyyə almısan?


- Həmişəki kimi, təbriklərimizi çatdıracağıq. Uğurlar arzulayıram, bir ömür də yaşasın. O Azərbaycan futbolunun tarixidi. İndi onun kimi futbolçu yoxdu Azərbaycanda. Amma istərdik ki, olsun. 


- Sosial şəbəkələrdə sənilə çox zarafat edirlər. Buna reaksiyan necədi?


- İnandırım sizi heç fikir vermirəm. Kim neyniyirsə Allah canını sağ eləsin. 


- Son zamanlar mətbuatdan da qaçırsan, niyə küsmüsən?


- Heç kimdən küsməmişəm. İndi siz sual verirsiz, gördüyünüz kimi cavabımı bildirirəm. Bəziləri adekvat sözlər yazır. Çox vaxt yerli-yersiz tənqidlər olur. Əlbəttə, tənqidlərlə razılaşıram. Amma yersiz tənqidlə razı deyiləm. Küsməmişəm, ola bilər telefon zənginə cavab verməyim. Çünki bəzən evdə işlərim olur. Amma məşqdən və oyundan sonra fikirlərimi bildirirəm. 


Fanat.AZ

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X