UEFA-nın prezidenti Aleksander Çeferin Avropa Liqasının “Qəbələ” – “Maynts” (Almaniya) oyununu izləyəcək. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbəri sentyabrın 29-da “Bakcell Arena”da keçiriləcək matça təşrif buyuracaq.
Qeyd edək ki, Aleksander Çeferin AÇ-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun sentyabrın 30-da keçiriləcək təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza səfər edəcək.
Fanat.AZ