Dünyanın bütün ölkələrinin milli çempionatları ilə bağlı statistik göstəricilər açıqlanıb. Fanat.Az xəbər verir ki, turnirlərdə davam etməkdə olan ən uzun seriyalar müəyyənləşib.
Azərbaycan təmsilçisi “Qəbələ” siyahının 1-ci pilləsində qərarlaşıb. Əyalət klubu Premyer Liqasında ardıcıl 8 matçda qol buraxmamaqla bütün dünyaya nümunədi.
Etibarlı müdafiəsi ilə hamıdan öndə olan Roman Qriqorçukun yetirmələrinin ən yaxın izləyicisinin adı da maraqlıdı. Belə ki, 2-ci pillədə mütəxəssisin sabiq komandası qərarlaşıb. Odessa “Çernomorets”i Ukrayna çempionatının ardıcıl 6 matçında qapısını toxunulmaz saxlamağı bacarıb.
1. Qəbələ (Azərbaycan) - 8
2. Çernomorets (Ukrayna) - 6
3-8. USM (Əlcəzair) - 5
Vlajniya (Albaniya) - 5
APOEL (Kipr) - 5
Bizerten (Tunis) - 5
Hanoy (Vyetnam) - 5
Qirmot (Macarıstan) - 5
9. Ventspils (Latviya) - 4
Fanat.Az