10:24 09.10.2016 777

Batan “Neftçi”nin qeyri-ciddi həmlələri

Ötən mövsümü boşa verən, yeni çempionata bərbad başlayan bir komanda var - “Neftçi”. Naşı idarəçilərin əlində qalan klub 80 illik tarixinin ən ağır dövrlərindən birini yaşayır. Ölkə futbolunun flaqmanının elə bir bataqlığa salıblar ki, çıxmaq üçün çapaladıqca, bir qədər də dərinə batır...  


"DÇ-2018"in seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən "Neftçi" "Sumqayıt"la yoxlama matçında qüvvəsini sınadı. Daha doğrusu, komandaya yeni cəlb edilən, baxışa çağıran futbolçuları gözdən keçirtdilər.


Ölkə çempionatında “Sumqayıt”a boyun əyən (1:2) “ağ-qaralar”ın, yoxlama görüşündə də rəqibinə uduzmasına (0:1) görə tənqid etməyə lüzum görmürük. Bu cür matçlarda nəticə önəmli deyil - deyib, keçirik.


Bəs, önəmli olan nə imiş? Yeni oyunçuları sınaqdan keçirtmək. Bax, əsil faciə budu. “Neftçi” kimi klubu oktyabr ayında baxışa (bəlkə də müqaviləyə) 3 legioner dəvət edəcək qədər rəzil günə qoyublar. Bu, qeyri-peşəkarlığın deyil, qeyri-ciddiliyin təzahürüdür. Heç yenicə formalaşmış klublar belə həmləni özlərinə rəva bilməzlər.


Futboldan az da olsa, anlayışı olanlar bilir ki, hər hansı futbolçu 31 avqust tarixinə - “transfer pəncərəsi” bağlananadək özünə klub tapa bilmirsə, demək ki, onun yaxşı oyunçu olmaq ehtimalı yox dərəcəsindədir. Və adətən normal klublar bu cür kənarda qalanlara maraq göstərmir. Anormal qərarları ilə "dibə vurmaqda" davam edən “Neftçi” rəhbərliyi isə eyni anda lazımsız 3 legioner, 2 yerli oyunçuya qucaq açıb.


Dünən həmin futbolçuları iş başında da gördük - hamısı “11-lik”də yer almışdılar. 


Məşqçilər korpusu fasilədə yerliləri - Mahir Şükürovla Tərzin Cahangirovu əvəzlədilər ki, bu da başa düşüləndi. Onların potensialına bələdik. Əcnəbilər isə sonacan oynadılar.


Yazının fotosundan da gördüyünüz kimi il yarımdır peşəkar səviyyədə futbol oynamayan Şükürov artıq çəkidən əziyyət çəkir. Karyerasını bitirmiş hesab edilən 33 yaşlı müdafiəçinin bundan sonra formasını bərpa etməsi, komanda üçün “açar” isimlərdən birinə çevrilməsi inandırıcı görünmür.


Tərzin - bu gün millidə çıxış edəcək durumda ola bilərdi. Lakin nədənsə, onda alınmadı. Əvvəl “Qəbələ”də, sonra “Sumqayıt”da, ardınca “Zirə”də çıxış edəndən sonra kimsəyə lazım olmadı. Görünür Elxan Abdullayev onun “qabında” bir şey olduğunu nəzərə alıb, heyətə çağırıb.


Sadəcə, bir oyuna görə qiymət vermək düz olmaz, amma “Neftçi”nin baxışa çağırdığı legioner gəlib komandada fərq yaradacaqlarsa, yerli oyunçular geyindikləri butslarının ipi ilə özlərini assınlar...


Buraxdığı qolda səhvi olmayan qapıçı Boban Baykoviç yalnız bir dəfə ciddi qurtarış etdi. Kamran Abdullazadənin zərbəsini “doqquzluq”dan çıxaran monteneqrolu, bu həmlədən sonra həkimləri meydana çağırtdırıb top dəyən əlinə buz qoydurtdurdu.


Latviyalı yarımmüdafiəçi Aleksandr Fertov sıradan biri belə deyil, əminəm ki, “Neftçi”nin əvəzedici heyətində də ondan güclüləri var. Elə braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pesallidi də legioner statusu ilə heyətə cəlb ediləcək biri deyil. Oyun ərzində nəsə etməyə çalışsa da, ustalıq səviyyəsinin çox aşağı olduğu hiss edilirdi. Fərhad Vəliyevlə təkbətək qaldığı epizodu qola çevirə bilməyən “sambaçı” başqa heç nə ilə yadda qalmadı...


Məsləhət kimi çıxmasın, belə kor-koranə güclənmək adı ilə qeyri-ciddi həmlələr etməkdənsə, qış fasiləsini gözləmək daha düzgün olardı. İndiki halda “Neftçi”nin gücünə güc qatacaq futbolçu tapmaq - lotereyada “Cek Pot” udmaq kimi bir şeydir.


Bilirsiniz, boşda qalanlardan kimi götürmək lazım idi? “Neftçi”nin gül-çiçəklə “Ayntraxt”a yola saldığı Emil Balayevi. Rəhbərlik peşəkar davranmalı, öz yetirməsini Almaniyaya yollayanda, müqaviləsinə “Azərbaycana geri dönsə, “Neftçi”yə qayıtmalıdır” bəndi salınmalı, “Qarabağ”a qapdırılmamalı idi.


Ancaq hardadı sizdə o cür hesab-kitab... 


Fanat.Az 


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X