“Səviyyəmin Ukrayna və Azərbaycanın əsas yığmalarında oynamağa imkan verəcəyi vaxtı gözləyirəm. Həmin vaxt hansı ölkənin millisini seçməklə bağlı qərarımı açıqlayaram”. Fanat.Az xəbər verir ki, bu sözləri ölkəmizin U-21-nin üzvü Dmitri Nağıyev deyib.
2012-ci ildən “Dnepr”də oynayan gənc futbolçu Ukrayna mətbuatına danışıb: “Futbolçuların bir ölkənin gənclər yığmasında top qovduqdan sonra digər ölkənin əsas millisinə dəvət aldığını çox görmüşük. Futbolda qəbuledilən haldı. AFFA-dan məni izlədiklərini deyirlər. Robert Prosineçki yaxşı məşqçidi. O, dahi oyunçu olub, futbolu əla başa düşür və yığmaya kimi çağırmaq lazım olduğunu bilir. Məncə, “Dnepr”də yenə qol vursam, məhsuldar ötürmələr versəm, Azərbaycan millisinə çağırılacağam. Ukraynada doğulmuşam və bu ölkəni çox sevirəm. Təbii, yaşadığım yerdə məni hər şey qane etməyə bilər. Bununla belə, ölkəyə və doğma şəhərimə bağlıyam. Millidə oynamaq hər futbolçunun arzusudu. Amma mən klub karyerama da diqqət yönəltməyə çalışıram. Bu, mənim üçünolduqca vacib məsələdi”.
Fanat.Az