12:36 04.06.2013 1133

Elxan Məmmədov: "Millimizdən 3 xal gözləyirik"

AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Bakıda başa çatmaqda olan “Caspian Cup” turniri haqda fikirləriniz necədir?

- Təbii ki, evdə oynamaq yığmamız üçün daha asandır. Gördüyünüz kimi, komandamız əzmkarlıq göstərərək qalib gəldi. Hakimlərimiz də heç də ev sahibi kimi bizə yanaşmırlar. Hər oyunda meydanda 10 nəfərlə qalırıq. Ancaq bu, bir təcrübədir və komandamız bunu toplayır. Millimiz qalib gəlməyi üçün əlindən gələni edir. 

- İzlədiyiniz Gürcüstanla oyunda yığmamız penaltilər seriyası ilə qalib gələrək, finala çıxdı. Komandamızın turnirin qalibi olmaq şansını necə dəyərləndirərdiniz?

- Sözsüz ki, qalib gəlmək çox vacibdir. Ancaq ən önəmlisi ölkəmizin idman mərkəzi kimi təmsil olunmağıdır. Bildiyiniz kimi, 8 komanda ilə başlayan turnirdə artıq 12 iştirakçı var.

- Turnirin coğrafiyası çox genişlənib...

- Bəli, bu, sevindirici haldır. Turnirdə müxtəlif Konfederasiyalardan komandalar var. Asiyanı Yaponiya başda olmaqla bir sıra yığmalar, Cənubi Amerikanı Uruqvay, Şimali Amerikanı ABŞ təmsil edir. Yarışda Avropa ölkələri də var. Yarımfinal oyunlarının və bəzi matçların keyfiyyəti çox yaxşıdır. Yığmamızın oyununun sürəti bizi çox sevindirdi. 

- Yarış həm də klublarımız üçün yaxşı seleksiya məkanı, necə deyərlər, ucuz bazardır... 

- Təbii ki. Bu gün Azərbaycanın bəzi klublarının nümayəndələri, məşqçilərimiz də burda idi. Məsələn, “Qəbələ”nin nümayəndələrinin olmağını xüsusilə qeyd etmək istərdim. Habelə “Sumqayıt” və “Gəncə”nin, müxtəlif yığmalarımızın məşqçiləri də yarımfinal matçına gəlmişdi. Uruqvay, Yaponiya, Türkiyə, Gürcüstan yığmasında çox inamlı futbolçular var. Oyunçularımız artıq müxtəlif klublarımızda çıxış edirlər. Ancaq biz burda müxtəlif iştirakçılardan eşitdik ki, bu azərbaycanlı futbolçu bizim ölkəmizdə də öz yaşına uyğun liqada rahat oynaya bilər. Yəni biz belə turnirləri çox təşkil etməyə çalışmalıyıq. Məsələn, bu yaxında Azərbaycanda Qəbələ kuboku keçirildi. Sevindirici haldır ki, klubumuz da belə turnirlər keçirməyə başlayıb. Çünki biz hər zaman müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatları, rəsmi turnirlər keçirmək istəyirik. Ancaq bunun arxasında nəyin keçirməyimizlə bağlı nümunə yoxdur. 

- Artıq belə təcrübə var...

- Bəli, biz ötən il dünya çempionatı keçirmişik. “Caspian Cup” artıq 3-cü ildir təşkil olunur. Qəbələ kuboku 2-ci dəfə keçirildi. Müxtəlif klublarımız bunu etsə, çox yaxşı olardı.

- FİFA-nın Konqresində Azərbaycan futbolu üçün hansı önəmli hadisə oldu?

- Çimərlik futbolçu 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarına idman növü kimi daxil edildi. Bu, ən böyük olaydır və FİFA və UEFA tərəfindən də dəstəklənərək, təsdiqləndi. Bununla da çimərlik Bakıda keçiriləcək həmin mötəbər yarışda olacaq.

- Milli komandamızın Lüksemburq yığması ilə qarşıdakı rəsmi oyununda qalib gəlmək şansını necə sayırsınız?

- Biz millimizdən 3 xal gözləyirik.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X