11:51 10.04.2017 948

Futbolçudan şok açıqlama: "Neftçi"yə keçmədim, AFFA..." - MÜSAHİBƏ

I divizionda çıxış edən "Energetik"in futbolçusu Habil Məmmədli Fanat.Az-a müsahibə verib. Müsahibəni təqdim etməzdən əvvəl qeyd edək ki, 20 yaşlı futbolçu 2012-ci ildə "Qarabağ"ın cəzalanmasına səbəb olmuşdu.


Həmin vaxt Ağdam klubunun U-15 komandasında forma geyinən Habilin "lipa" olduğu bildirilmişdi. AFFA İntizam Komitəsinin 2012-ci ilin 3 aprelində açıqladığı qərarda bildirilirdi ki, “Qarabağ”ın futbolçusu Habil Məmmədlinin sənədlərinin saxta olması aşkarlanıb. Bu səbəbdən onun iştirak etdiyi bütün görüşlərdə “Qarabağ”a 0:3 hesablı texniki məğlubiyyət verilib.


Lakin sonradan U-15 və U-16 millilərimizdə forma geyinən futbolçunun "lipa" olmadığı sübut edildi. O, Fanat.Az-a müsahibəsində həmin dövrdə baş verənlərdən və bu günlərdə I divizionda baş verən "oyun alveri" qalmaqalından danışıb.


- "Energetik"də işlərin necə gedir?

- Şükür Allaha, hər şey qaydasındadı. Məşqlərimi edirəm, özümü inkişaf etdirərək daha böyük klublarda oynamağa çalışıram.


- "Qarabağ" kimi bir klubun aşağı yaş qrupları üzrə komandalarında oynayırdın, milli komandalara dəvət alırdın, gələcəyi parlaq yeniyetmələrdən biri hesab olunurdun. Amma indi I divizionun autsayderi olan, heç bir prnspektivi olmayan bir klubda çıxış edirsən. "Energetik"ə keçidin necə alındı?

- Təbii ki, hər bir futbolçu "Qarabağ" kimi bir komandanın əsas heyətində oynamağı arzulayır. Mənim də arzum özümü inkişaf etdirərək əsas heyətə yüksəlmək idi. Komandamda daim oynayırdım. Hətta 14 yaşım olmasına rəğmən U-16da çıxış edirdim. 2 oyunda 2 qol vurmuşdum. Amma bəzi səbəblər məni millidən və "Qarabağ"dan ayırdım. "Qarabağ"dan ayrılandan sonar futbolsuz qala bilməzdim. İşim araşdırılıb qərar verilənədək fərqdi qaydada məşqlər edirdim. Hər şey sübut olunandan sonra "Energetik"in vitse-prezidenti Elbrus müəllim mənimlə görüşdü və komandaya dəvət etdi. Mən də razılaşdım.



- Bəzi səbəblərdən "Qarabağ"dan ayrıldığını dedin. Hansı səbəblər idi?

- Mənim "lipa" olmağımla bağlı AFFA-ya şikayətlər oldu. Ona görə belə bir qərar verildi.


- Həqiqətən "lipa" idin?

- Əlbətdə ki, yox. Yaşım saxtalaşdırılmayıb. Allahın verdiyi istedadım var. Mən də məşqlərim və əzmkarlığım saysində onu təkminləşdirirdim. Şükür ki, artıq hər şey araşdırılıb və "lipa" olmadığım sübut olunub.


- Bəs heç bir səbəb olmadan niyə belə bir qərar verildi?

- Klubsuz olsam da, U-15 millisinə çağrılmışdım. Avstriyada toplanışda idik. "Neftçi"nin futbolçusu mənə yaxınlaşıb baş məşqçilərinin məni komandalarında oynatmaq istədiyini dedi. Amma həmin vaxt Nikolay Adamın köməkçisi olan Aslan Kərimov mənə "Qarabağ"da oynamağı təklif etdi. Mən də razılaşdım. Sonra da belə hadisə baş verdi...


- Bu işdə kim maraqlı ola bilərdi?

- Kimin maraqlı olduğunu bilmirəm. Bildiyim tək şey var ki, Azərbaycanda neçə-neçə istedadlar belə itrilib.


- Bəlkə "Neftçi"yə yox, "Qarabağ"a keçdiyinə görə cəzalandırıblar?

- Bu qərar elə "Neftçi" ilə oyundan sonra baş verdi. Çempionatın son turu idi. Biz "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdik. Bundan sonra mən istirahət üçün Mingəçevirə getdim. Səhəri eşitdim ki, barəmdə belə qərar verilib. Mən futbolu kiminsə marağına görə oynamıram. Elə olsa, bir daha ayağımı topa vurmaram. "Qarabağ"da oynamaq istəyirdim və ora getdim. Təəssüf ki, başıma belə bir iş gəldi. 


- Sonra nə baş verdi? "Lipa" olmadığını sübut etmək üçün hansı addımları atdın?

- Məhkəməyə müraciət etdim. Sübut olundu ki, "lipa" deyiləm. Həmçinin Elxan Məmmədovun qəbulunda oldum. Baş katib məni Rəmiş Malıyevin yanına göndərdi. Onun verəcəyi qərarın qəbul olunacağını dedi. Sağ olsun Rəmiş müəllim Mingəçevirə gəlib doğulduğum tarixi araşdırdı və "lipa" olmadığımı Elxan Məmmədova dedi.



- İddialı, adlı-sanlı klubdan sonra autsayderdə oynamaq necə hissdi?

- Təbii ki, "Qarabağ"la "Energetik" arasında çox böyük fərq var. Amma mən Mingəçevir futbol məktəbinin yetirməsiyəm. Bu şəhərin komandası üçün pulsuz da oynayaram.


- Premyer Liqadan və ya aşağı liqanın iddialı klublarından təkliflər yoxdu?

- Maraqlananlar var. Amma hələlik təklif yoxdu. Mövsüm bitsin, ondan sonra baxarıq.


- AFFA I divizionda danışılmış oyunlarla bağlı sərt qərarlar verdi. Sizin kluba da xəbərdarlıq olunub və 3 futbolçu cəzalandırılıb. Nə baş verir?

- "Ernergetik"də uşaqlar 150-16 manat maaşa oynayır. İndi onlardan üçü - əsas heyətin üzvləri cəzalandırılıb. Həm Elvin Əlizadə, həm Kamran Lalayev, həm dəRuslan Həmidovla çiyin-çiyinə oynamışam. İnanmıram ki, onlar belə yola getsin. "Energetik"də bununla bağlı iclas olub. Biz heç zaman belə işlərə getmərik.


- Belə çıxır ki, bu qərarlar ədalətli deyil?

- Qərarı AFFA verib. Başqa komandaların danışılmış oyunlarda iştirak edib-etmədiyini bilmirəm. Amma inanmaq istəmirəm. Ədalətli olub-olmadığını buraxaq bu qərarları qəbul edənlərin vicdanına. Belə hərəkətlər futbola ləkədi.


- Ümumiyyətlə I divizionda danışılmış oyunlar çoxdu?

- Bununla bağlı "Şərurspor"la "Rəvan" cəzalandırılıb. Həmçinin futbolçular və başqa şəxslər də var. Mən onların nə etdiyini bilmirəm. İstəməzdim ki, belə bir hadisə olsun.


- Sənin özünə və ya tanıdığın başqa futbolçulara indiyədək belə təkliflər olub?

- İndiyədək olmayıb. Belə bir təklif olsa, həmin oyunda meydana çıxmaram, komandanı tərk edərəm. Bu sadəcə biabırçılıqdı, vicdansızlıqdı.


- "Energetik"in maliyyə vəziyyəti necədir?

- Aydındır ki, maliyyə vəziyyəti yaxşı deyil. Amma maaşlarımızı vaxtında alırıq. Nə pis, nə də yaxşı deyil. Bir az diqqət olsa, daha yaxşı olar. İndi hamı bizə 3 xal mənbəyi kimi baxır. Yaxşı olar ki, AFFA bir az aşağı liqaya diqqət ayırsın. Burda o qədər gənc futbolçu itib-batır ki... Robert Prosineçki də arada I diviziona baxsın...


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X