17:05 24.04.2017 634

XİN-dən UEFA ilə Qarabağ separatçılarının danışıqları haqda AÇIQLAMA

Tanınmamış "Dağlıq Qarabağ Respublikası" Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə danışıqlara başlayıb. Məqsəd "Artsax Respublikası” futbolunun tanıdılması və beynəlxalq yarışlara vəsiqə alınmasına nail olmaqdır.


Fanat.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Independent” qəzeti xəbər yayıb. Xəbərdən məlum olur ki, nəşrin müxbiri Robert O`Konnor "DQR"də olub və orada özünü "Artsax Futbol Assosiasiyasının (ingilis abreviaturası - AFA) başçısı adlandıran Samvel Karapetyanla söhbət edib.


Karapetyanın sözlərinə görə, separatçılar UEFA-dan tanınmaya nail olmaq üçün kommunikasiyaya başlayıblar.


"Bütün bu müharibə və münaqişə müvəqqəti xarakter daşıyır. Haçansa, yaxın gələcəkdə, "Artsax" yığması dünya və ya Avropa çempionatında iştirak edəcək. Biz əminik ki, tanınma tezliklə gələcək, çünki bütün dünya bu regionda sülhün əldə olunmasında maraqlıdır. Gec-tez Azərbaycan "Artsax"ı tanıyacaq və biz yalnız futbolda deyil, həm də beynəlxalq həyatın bütün aspektlərində iştirak edəcəyik", - deyə Karapetyan xəyallarını dilə gətirib.


“Independent” bildirir ki, "AFA” və UEFA arasında ilkin danışıqlar 2016-cı ilin noyabrında başlanmışdı, amma embrion səviyyəsində qaldı. Karapetyan isə hesab edir ki, ən əhəmiyyətlisi ilk addımı atmaq idi.


Müəllif Xankəndidəki stadionun acınacaqlı vəziyyətindən də yazıb: "Stadiondakı toz və palçıq onu göstərir ki, bu arenadan praktik olaraq istifadə etmirlər".


“Independent” xatırladır ki, 2000-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) FİFA-ya müraciət edib ki, o "DQR"dən olan komandanın Ermənistan çempionatında iştirak etməsinə qadağa qoysun. Buna görə yerli komanda yalnız Yerevandan Xankəndinə gəlmək üçün 6 saatlıq yola səbri çatan təsadüfi kollektivlərə qarşı yoldaşlıq matçları keçirir.


Slava Qabrilyan, hansına ki, "DQR"in yığmasına rəhbərlik etmək tapşırılıb, oyun təcrübəsinin yoxluğundan şikayətlənib.


Samvel Karapetyan isə xarici məşqçilərin "DQR"ə dəvət planları haqqında danışıb: "Biz qüvvədə olan məşqçiləri dəvət etməyəcəyik ki, onların milli assosiasiyaları problemlərlə üzləşməsinlər".


Bildirilir ki, bu il "Artsax" komandası Kataloniyaya yarışa yola düşəcək. Amma onun ən məşhur çıxışı İsveçdə tanınmamış ərazi vahidləri arasında 2014-cü ildə keçirilən dünya çempionatında olub və o orada iki matçı uduzaraq birinci raundda mübarizədən çıxıb.


“Independent” onu da yazır ki, "DQR"də futbol yazıq mövcudluğunu sürdürdüyü və həyat üçün mübarizə apardığı halda Bakıda “işğal edilımiş Ağdamın “Qarabağ” komandası Avropada Azərbaycanı müvəffəqiyyətlə təmsiul edir və Çempionlar Liqasının qrup mərhələsinin qapılarını döyür".


Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Britaniya qəzeti “Independent”in müxbiri Robert O`Konnorun “DQR”də olması və Qarabağ separatçılarının UEFA ilə danışıqlara başlaması barədə yazdığı məqalə ilə bağlı virtualaz.org-a şərh verib.


H.Hacıyev bildirib ki, məqalənin müəllifi Robert O`Konner Azərbaycanın razılığı və icazəsi olmadan qeyri-qanuni şəkildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib: "Bu qeyri-qanuni səfər əsnasında Robert O`Konner futbolu və idmanı siyasiləşdirərək Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ etməyə cəhd göstərir. Həmçinin məqalədə açıq-aşkar birtərəfli və qərəzli mövqe nümayiş etdirilir".


O əlavə edib ki, məqalənin erməni lobbi dairələrinin sifarişi əsasında hazırlandığı açıq-aydın görünür: "Bu məqalə ilə əlaqədar cavab hüququndan istifadə edərək mövqeyimizi "İndependent" qəzetinin redaktoruna 20 aprel 2017-ci il tarixində göndərsək də, hələ də dərc edilməyib. Bu cür davranış jurnalist etikasına və obyektivliyinə ziddir. Buna baxmayaraq, məqalənin şərhlər bölməsində fərdi qayda da olsa belə, mövqeyimiz yerləşdirilib".


XİN rəsmisi vurğulayıb ki, FIFA və UEFA öz fəaliyyətlərində beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutur, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşırlar. Azərbaycanın işğal olunmuş ərazilərini təmsil edən legitim və qanuni klub "Qarabağ" futbol klubudur.


H.Hacıyev deyib ki, "İndependent" qəzetinin “fakenews” və propoqanda xarakterli bu kimi sifarişli yazıya yer verməsi ciddi təəssüf doğurur: “Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş Robert O’Konnerin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X