"Mən bir ay zədə səbəbindən oynamadım. Buna görə zədə formama təsir etdi. İtaliya millisi çox yüksək səviyyədədir, amma İspaniyada fərqlənir".
Bu sözləri Albaniya yığmasının futbolçusu Ansi Aqolli DÇ-2018-in seçmə mərhələsində İtaliya ilə oyun öncəsi deyib.
34 yaşlı müdafiəçi İspaniya ilə matçdan sonra baş məşqçiləri ilə birgə müxtəlif elementləri təhlil etdiklərini bildirib: "Mənə elə gəlir ki, komandamız doğru yoldadır".
"Qarabağ"ın futbolçusu gələcəyinin milli ilə bağlı olduğunu
Qeyd edək ki, Albaniya - İtaliya görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Fanat.Az