Albaniya Super Liqasında V turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Rauf Əliyevin çıxış etdiyi "Kukesi" "Luşnya"nın qonağı olub.
Oyun "Kukesi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 58-ci dəqiqədə Sidrit Quri açıb. İki dəqiqə sonra isə Rauf Əliyev fərqlənib. Bu futbolçumuzun Albaniya Super Liqasında ilk qolu olub. Bundan əvvəl keçirdiyi 4 oyunda 263 dəqiqə oynayan hücumçu fərqlənə bilməmişdi.
Qeyd edək ki, "Kukesi" 5 oyundan sonra 10 xalla ehtiyatda bir oyunu olan "Şkenderbeu" ilə 1-2-ci pillələri bölüşür.
Fanat.Az