"Barselona"nın Arda Turanın yerinə alacağı ulduz müəyyənləşib. Fanat.Az xəbər verir ki, Kataloniya klubu qış fasiləsində "Liverpul"dan Filip Kountinyonu heyətinə qatacaq.
Klubun icraçı direktoru Oskar Qrau da yayda ala bilmədikləri braziliyalı ulduz üçün qışda çalışmalarını davam etdirəcəklərini deyib: "Kountinyo və ya başqa bir oyunçunu qışda heyətə qatmağa maliyyə cəhətdən hazırıq. İstəyimiz mümkün qədər rəqabətcil heyət qurmaqdı. Oyunçu satmasaq da, yeni futbolçu alacağıq".
Qeyd edək ki, "Liverpul" yayda Kountinyo üçün "Barselona"dan 200 milyon avro tələb etdiyindən transfer baş tutmamışdı.
Fanat.Az