Braziliyada yaşayan Da Silva ailəsnin üzvləri genetik problem səbəbindən 12 barmaqlı doğulur. Fanat.Az xəbər verir ki, bu vəziyyətdən istifadə edən ailənin oğlan uşaqları qapıçı olur.
Bir çox ana və ata uşaqlarının vücudundakı hər hansı bir problemə görə məyus olsa da, 14 üzvü olan Da Silva ailəsində vəziyyət belə deyil. Ailənin son üzvü Viniçius da digər ailə üzvləri kimi 12 əl və ayaq barmağı ilə doğulub. Amma bu vəziyyətdən xoşbəxt olan ana və ata Viniçiusun böyük qardaşı Joa Assis kimi qapıçı və ya digər qardaşı Maria Morena kimi pianoçu olmasını istəyir.
Uşaqların atası Alessandronun da hər əlində və ayağında 6 barmaq var. Ancaq ana Katya 5 barmaqlıdı. Ana və ata uşaqların atalarına oxşamasının onları cəmiyyətlən fərqləndirdiyini və bu vəziyyətdən məmun olduqlarını deyiblər.
Ana Katya ilk uşaqları Guilhermenin 6 barmaqlı doğulmasından sonra digər uşaqlarının da eyni vəziyyətdə dünyaya gəlməsi üçün dua etdiklərini bildirib.
Qeyd edək ki, dünyada 3 min insandan biri 6 barmaqlı doğulur.
Fanat.Az