17 yaşa qədər futbolçuların Avropa çempionatının XI qrupunda mübarizə aparan millimiz 2-ci oyununa çıxıb. Fanat.Az xəbər verir ki, Bolqarıstanda (seçməmizin yer aldığı qrupun matçları bu ölkə ev sahibliyi edir) keçirdiyi birinci görüşdə İrlandiyaya 0:6 hesabıyla uduzan təmsilçimiz bu dəfə Ukrayna qarşısında rüsvay olub.
Qorna Orexovitsanin "Lokomotiv” stadionunda baş tutan görüşün 3-cü dəqiqəsindən qol yağışını açıq elan edən ukraynalılar Mirbağır İsayevə və komandasına top dığırlamaqla futbol oynamaq arasındakı fərqi başa salıb - 1:6.
Xatırladaq ki, hər qrupda ilk iki pilləni tutan yığmalar və ən yaxşı nəticə göstərən dörd 3-cü yer sahibi elit-raundda mübarizəni sürdürəcək.
Avropa çempionatının seçmə mərhələsi
II tur, 13 oktyabr
Ukrayna – Azərbaycan - 6:1
Qollar: Mixaylo Mudrik, 3; Roman Yakuba, 15, Danilo Silkan, 38, Alan Aussi, 62, Stanislav Biblik, 78, Artyom Sulianski, 80+1 - İsmayıl Zülfüqarlı, 17
Hakim: Halil Umut Meler (Türkiyə)
Qorna Orexovitsa. "Lokomotiv” stadionu
Fanat.Az