Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin komandası - "Aleksandriya" bu tur səfərdə Donetsk "Olimpik"i ilə üz-üzə gəlib.
Oyun qonaqların 0:1 hesablı yenilgisi ilə başa çatıb. Pavel 90 dəqiqə meydanda olub və sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Aleksandriya" 9 xalla turnir cədvəlinin 9-cu pilləsindədi.
Fanat.Az