Lena Nitro adlı porno ulduz Almaniyanın 6-cı liqa klublarından "Obervurbax"ın forma sponsoru olub.
Fanat.Az xəbər verir ki, klubun idman direktoru Torsten Nelz bu qeyri-adı qərarları ilə bağlı verdiyi açınlamada "Bu mövsüm çılğın bir addım atmaq istədik. Həqiqi bir sponsor tapmaq istəyirik" deyib.
Nelz bildirib ki, Nitro onlarda müsbət fikir formalaşdırıb: "Qapıçımız Mark Landla Kölnə getmişdik. Onunla orda tanış olduq. Bizə çox səmimi göründü".
Klubun bu qərarı Almaniyada müzakirələrə səbəb olub. Məşhur "Bild" qəzeti hadisə ilə bağlı geni yazı dərc edib.
Qeyd edək ki, Lena Nitronun sosial media hesablarından etdiyi paylaşımlardan onun Dortmund "Borussiya"sına azarkeşlik etdiyi görünür.
Fanat.Az