Azərbaycanın gəcnlərdən ibarət milli komandasının sabiq üzvü Ozancan Kökçü Türkiyə millisində çıxış etmək arzusundadır.
Fanat.Az xəbər verir ki, o, bu barədə türk mətbuatına danışıb.
"AFFA-dan təklif alanda həyəcanlandım. Bu özümü göstərmək üçün yaxşı yer idi və qəbul etdim. Lakin sonradan qərarımı dəyişdim. Çünki özümü azərbaycanlı yox, türk olaraq görürəm. Ümid edirəm, Türkiyə millisində çıxış edərəm", deyə Ozancan fikirlərini dilə gətirib.
Qeyd edək ki, Kökçü 30 sentyabrda Azərbaycan millisində çıxış etməkdən imtina etdiyini açıqlayıb.
Fanat.Az