17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının cari seçmə mərhələsində bütün qruplarda oyunlara yekun vurulmamasına baxmayaraq, Azərbaycan millisi elit-raunda vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA dünən keçirilən oyunlardan sonra UEFA-nın rəsmi saytına istinadən məlumat yayıb.
Qeyd edək ki, U-17 yığmamız Avropa çempionatının Bakıda keçirilən seçmə oyunlarında cəmi 1 xal toplayb. Komandanın tur adlaması gözlənilməz olub. Çünki ilk iki yerlə qarşılaşmalarda xal toplamayan yığmamızın ən yaxşı 3-cü yerin sahibi olması inandırıcı deyildi. Yığmamız İslandiyaya 0:2, İspaniyaya 0:3 uduzub və Monteneqro ilə bərabərə qalıb – 1:1.
Fanat.Az