"Qarabağ"ın oyunçusu Yakub Jezniçak Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Atletiko" ilə oyundan sonra maraqlı paylaşım edib.
Fanat.Az xəbər verir ki, polşalı müdafiəçi komanda yoldaşı - bugünkü matçda etibarlı oyunu ilə yadda qalan qapıçı İbrahim Şehiçlə selfi edərək, onu tərifləyib: "Madrid komandası ilə qarşılaşdıq. Şehiç bu gün mağazanı bağlamışdı. Komandaya afərin".
Xatırladaq ki, "Qarabağ" "Atletiko" ilə qolsuz heç-heçə sayəsində qrup mərhələsində ilk xalını qazanıb.
Fanat.Az