Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Qarabağ” "Atletiko” ilə qarşılaşıb. 0:0 hesabı ilə başa çatan matçın ən mübahisəli epizodlarından biri 75-ci dəqiqədə yaşanıb.
Belə ki, "Qarabağ”ın hücumu zamanı madridlilərin müdafiəçisi Dieqo Qodin cərimə meydançasında Dino Ndlovuya qarşı kobud oynasa da, hakim penalti təyin etmək əvəzinə simulyasiyaya görə ağdamlıların hücumçusuna sarı vərəqə göstərib.
Bu, Dinonun ikinci "sarı”sı olduğu üçün hücumçu matçı yarımçıq tərk etməli olub. Hadisəyə İspaniya mətbuatı da biganə qalmayıb. "Marca” nəşrində bununla bağlı xəbər yer alıb.
Nüfuzlu idman portalına açıqlama verən keçmiş ispan hakim Anduxar Oliver epizodun penalti olduğunu deyib: "İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilsə də, təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçıraraq matçın taleyini dəyişdi”.
Fanat.Az