"Siyasətdə baş verənlər idmanda da təkrar olunur". Fanat.Az xəbər verir ki, bu sözləri bu sözləri Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov dünən Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" və "Atletiko" klubları arasında keçirilən oyununda fransız həkimin qərarını şərh edərkən bildirib.
"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu", - deyə Prezidentin köməkçisi "Twitter" hesabında yazıb.
Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə Ağdamı təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb.
Fanat.Az