"İlk yarıdakı qol vəziyyətlərimizi dəyərləndirə bilmədik. İkinci hissədə isə birinci yarıdakı qədər qol epizodu yaratmağı bacarmadıq". Fanat.Az xəbər verir ki, bu sözləri "Atletiko"nun kapitanı Qabi deyib.
Ölkəsinin mətbuatına açıqlama verən futbolçu Çempionlar Liqasının 3-cü turu çərçivəsində dünən Bakıda baş tutan və 0:0 hesabıyla bitən oyundan danışıb: "Ümumilikdə görüş bizim üçün asan alınmadı. "Qarabağ"a qazandığı xala görə təbrik düşür. Qarşıda daha üç oyunumuz var. Yolumuza davam etmək istəyiriksə, qalan qarşılaşmalara 3 xal üçün çıxmalıyıq".
Fanat.Az