İngiltərənin "Queens Park" qadın futbol klubunda çıxış edən Aleksandra Nord şok açıqlamalar verib. Fanat.Az xəbər verir ki, isveçli oyunçu Premyer Liqada çıxış edən məşhur və evli bir futbolçunun ona təcavüz etmək istədiyini ddia edib.
Məşhur qadın futbolçu Londonda bir otel otağında adını açıqlamadığı futbolçunun onun paltarlarını çıxartmağa çalışdığını hiss etdiyini bildirərək "Yuxudan oyananda artıq paltarlarımı çıxartmışdı. Özü də soyunaraq yanımda dayanmışdı" deyib.
Həmin futbolçu ilə Mayfairdəki bir gecə klubunda tanış olduqlarını deyən 25 yaşlı isveçli futbolçu onun evli olduğundan xəbərsiz olduğunu bildirib.
Hazırda 25 yaşı olan Nord hadisənin 6 il əvvəl - 19 yaşında baş verdiyini deyib.
Fanat.Az