Terror təşkilatı İŞİD Rusiyada keçiriləcək Dünya çempionatını təhdid edib. Fanat.Az xəbər verir ki, terrorçular bununla bağlı təhdid mesajı yayımlayıb.
Təhdid mesajında "Barselona"nın ulduzu Lionel Messi də yer alır. Belə ki, argentinalı futbolçunu dəmir barmaqlıqlar arxasında və gözündən qan axarkən təsvir edən İŞİD "Bizim üçün gözləyin" sözlərini yazıb.
Digər fotoda isə 15 iyul 2018-ci ildə Dünya çempionatının finalının keçiriləcəyi Moskvadakı "Lujniki" stadionu yer alır. Bu fotoda stadiona tərəf baxan bir terrorçu yer alıb.
Fanat.Az