FIFA-nın İngiltərədə dünyanın ən yaxşılarını mükafatlandırdığı mərasimə teleararıcı Layla Anna Lee damğa vurub.
Fanat.Az xəbər verir ki, 34 yaşlı braziliyalı teleulduz gözəlliyi və dekoltesi ilə mərasimin iştirakçılarının ağlını başından alıb.
Belə ki, tədbirdə iştirak edən dünya futbolunun iki əfsanəsi - argentinalı Dieqo Maradona və braziliyalı Ronaldo Nazario gözünü Layla Annanın üzərindən çəkə bilməyib.
Onların gözəl aparıcıya baxışlarını əks etdirən görüntüləri sosial mediada geniş yayılıb.
Fanat.Az