Arda Turan karyerasını bitirmək barədə düşünür. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış yazarı Hıncal Uluç yazıb.
O, öz yasında bunları qeyd edib: "Arda karyerasını bitirməyi düşünür. "Rulumu alar, 2019-cu ilə qədər yataram, sonra da işimi qurub futboldan gedərəm" deyir".
Hıncal Uluç qeyd edib ki, Ardanın "Barselona" ilə 2019-cu ilə qədər müqaviləsi var. Bu müddətdə klubdan maaşını almağa davam etmək istəyən futbolçu ondan sonra istədiyi kimi gəzib-dolaşmasınavə hətta "Play Station" oynamasına əngəl olmayan iş qurmaq imtəyir.
"ARdaya zəng etdim. "Oğlum Arda, səni "Atletiko"ya, ordan "Barselona"ya aparan futbol bu deyildi. Riskləri gözə alırdın, balaca ərazidə məhsuldar ötürmələr verirdin" dedim. Mənə "Hıncal abi, hoca da oynamağımı istəyir" dedi. "Hoca 50 milyon verdiyi adamın belə oynamasını istəyərmi? Belə oynayacaq bir milyon adam var" dedim. "Barselona"nın iki nəhəngi Xavi və İnyesta var. Biri getdi, digəri də getmək üzrədi. Məni onların yerinə aldılar, onların əvəzedicisisən. Bir Rakitiçə bax, bir özünə. Adam sənin yarın qədər qabiliyyətli adam deyil" dedim ona. 30 yaş var. Baxın, 37 yaşına gəldi Əmrə Bələzoğlu, aslanlar kimi oynayır" deyə yazar qeyd edib.
Fanat.Az