Əsas millimizin forvardı Ramil Şeydayev U-21-in heyətində olacaq.
Fanat.Az xəbər verir ki, noyabrın 9-da Almaniyaya, 11-də Kosovanı qəbul edəcək gənclərdən ibarət seçməmizə kömək etmək forvardın öz təşəbbüsüdü.
AVRO-2019-un seçmə mərhələsinin görüşlərində iştirak etməklə 20 yaşlı hücumçu həm də oyun praktikasını yaxşılaşdırmaq, formada qalmaq istəyir.
Qeyd edək ki, əsas yığmamız noyabrda sınaq oyunu keçirməyəcək.
Fanat.Az