Çempionlar Liqası dünyanın ən dəyərli klub turnirdi. Fanat.Az xəbər verir ki, bu qənaətə "KPMG Football Benchmark" apardığı "Avropadan kənarda: Çempionlar Liqası" adlı araşdırmada gəlib.
Avropa, Asiya, Afrika, Okeaniya, Cənubi və Şimali Amerikadakı klub turnirlərini araşdıran şirkət ən böyük mükafatın UEFA Çempionlar Liqasının qalibinə verdiyini müəyyənləşdirib.
UEFA Çempionlar Liqasının qalibi təkcə kuboku qazandığı üçün təxminən 18 milyon dollar mükafat alır. Cənubi Amerikadakı Libertadores Kubokunun və Asiya Çempionlar Liqasının qalibinə 3 milyon dollar verilir. Övsüm Afrika Çempionlar Liqasının qalibi olan "Mamelodi Sundovns" 2,5 milyon dollar əldə edib. Şimali Amerikadakı anloji turnirin qalibi 500 min dollar qazanıbsa, Okeaniada ümumiyyətlə belə bir mükafat yoxdu.
Bu məbləğlər ümumilikdə hesablananda 5 qitənin Çempionlar Liqasının qalibinə 9 milyon dolların verildiyi məlum olur. Avropada isə bu məbləğ iki dəfə artıq - 18 milyon dollardı.
Gəlirlərlə yanaşı, Çempionlar Liqasının dəyəri də hesablanıb. Məlum olub ki, Avropanın bir nömrəli klub turnirinin ümumi dəyəri 9,88 milyard dollardı.
Libertadores Kubokunda bu rəqəm 1,01 milyard, Asiya Çempionlar Liqasında 489,55 milyon, Afrika Çempionlar Liqasında 136,62 milyon, Şimali Amerika Çempionlar Liqasında 309 milyon, Okeaniya Çempionlar Liqasında 13,93 milyon dollardı.
Ümumilikdə 5 turnirin dəyəri 1 milyard 950 milyon dollardı. Bu isə UEFA Çempionlar Liqasının cəmi 20 faizi deməkdi.
Fanat.Az